Krıma səfər etmək istəyən xarici vətəndaşlar Rusiya vizasını almalı olacaqlar

Krıma səfər etmək istəyən xarici vətəndaşlar Rusiya vizasını almalı olacaqlar
# 01 aprel 2014 10:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşların Krıma səfər etmələri qaydalarını açıqlayıb.

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Krıma səfər etmək istəyən əcnəbilər Rusiya Federasiyasının diplomatik nümayəndəliklərində yaxud konsulluq idarələrində Rusiya vizasını almalıdırlar.

Ukrayna qanunvericiliyinə uyğun Krıma vizasız gəlmiş xarici vətəndaşlar isə yarımadanı tərk etmək üçün Rusiya XİN-in Simferopoldakı nümayəndəliyinə müraciət etməli olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR