“Topaz” mərc oyunları klubunun xəzinədarını bıçaqla hədələyib xeyli pul aparıblar

“Topaz” mərc oyunları klubunun xəzinədarını bıçaqla hədələyib xeyli pul aparıblar
# 17 mart 2014 07:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakininə qarşı quldurluq edilib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Cavanşir küçəsi 9 ünvanında yerləşən “Topaz” mərc oyunları klubunda qeydə alınıb.

Naməlum şəxs klubun xəzinədarı, Bakı şəhər sakini Rövşən Məhəmməd oğlu Məmmədovu bıçaqla hədələyərək kassada olan 2740 manat pul aparıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR