Azərbaycanda qeysəriyyə əməliyyatlarının həyata keçirilməsi üçün yeni mexanizm tətbiq ediləcək

Azərbaycanda qeysəriyyə əməliyyatlarının həyata keçirilməsi üçün yeni mexanizm tətbiq ediləcək
# 30 oktyabr 2013 10:58 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

O bildirib ki, gələcəkdə Azərbaycanda planlaşdırılmış qeysəriyyə əməliyyatlarına həkimlərin konsiliumu nəzərdə tutulub. A.Qədirlinin sözlərinə görə, hazırda sənəd Ədliyyə nazirliyinə verilib: “Onların təsdiqindən sonra xəstəxanalarda qeysəriyyə əməliyyatlarının həyata keçirilməsi mexanizmi müəyyənləşəcək. Bu gün hər bir xəstə xəstəxanaya daxil olanda onun müayinə və müalicəsi klinik protokollar əsasında aparılır. Qeysəriyyə əməliyyatının da həyata keçirilməsi klinik protokollar əsasında həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR