«Azəriqaz» bu il 37 çoxmərtəbəli binaya qaz verib

«Azəriqaz» bu il 37 çoxmərtəbəli binaya qaz verib
# 03 mart 2014 14:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 37 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5 091 mənzil var.

Xatırladaq ki, «Azəriqaz» ötən il 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR