Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi artıb

Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi artıb
# 18 sentyabr 2013 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara (ixrac daxil olmaqla) 4 471,6 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çox neft məhsulları göndərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun 34,6%-ni dizel yanacağı, 20,6%-ni avtomobil benzini, 10,0%-ni aviasiya üçün ağ neft, 4,7%-ni neft bitumu, 3,9%-ni maye qaz, 3,4%-ni mazut yanacağı, 0,8%-ni sürtgü yağları, 22,0%-ni isə digər məhsullar təşkil edib.

Bu ilin 8 ayında neft məhsullarının 76,3%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 23,7%-i isə ixrac olunub.

Hesabat dövründə ölkə istehlakçılarına 3 411,8 min ton və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1% çox neft emalı məhsulları göndərilib. Mazut yanacağı və sürtgü yağları istisna olmaqla, neft məhsullarının göndərilməsi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR