Beynəlxalq müfəttişlər İranın Geçin uran mədəninə baxış keçirir

Beynəlxalq müfəttişlər İranın Geçin uran mədəninə baxış keçirir
# 28 yanvar 2014 13:08 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri Geçin uran mədəninə baxış keçirmək məqsədilə yanvarın 28-də İrana gediblər. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi açıqlama verib. O bildirib ki, beynəlxalq müfəttişlər bu işi İranla agentlik arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçirəcək: “Onlar yanvarın 29-da Geçin uran mədəninə baxış keçirmək üçün İranın Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərinə səfər edəcəklər. Bu iş xüsusi standartlar çərçivəsində icra olunur. Yəni İran beynəlxalq müfəttişlərin mülahizələrinə riayət etməklə yanaşı, yalnız ehtiyac duyduqları qədər onlara baxış keçirmək imkanı yaradır”.

Qeyd edək ki, ötən il noyabrın 11-də Tehranda İranla beynəlxalq agentlik arasında əməkdaşlığa dair 6 maddəlik razılaşma imzalanıb. Həmin sənədə əsasən İran agentliyin müfəttişlərinə Ərak ağır su nüvə reaktoruna və Geçin uran mədəninə baxış keçirməyə icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR