Dünyanın ən böyük siyasi gənclər təşkilatının forumunun qətnaməsinə Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edilib

Dünyanın ən böyük siyasi gənclər təşkilatının forumunun qətnaməsinə Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edilib
# 08 oktyabr 2013 11:52 (UTC +04:00)

Bakı – APA. Oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarest şəhərində dünyanın ən böyük siyasi gənclər təşkilatı - Avropa Xalqlar Partiyası Gənclik Təşkilatının Prezidentlər Şurasının forumu keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən xəbərə görə, forumda qəbul edilmiş “Gələcək Şərq Tərəfdaşlığı” adlı qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edilib.

Həmin bənddə deyilir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olmuş 4 qətnamə (822, 853, 874, 884) həyata keçirilməli və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan tərəfindən işğalına son qoyulmalıdır.

Qeyd edək ki, Buxarest sammiti 2013-cü il noyabrın 28-29-da Vilnüsdə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığının üçüncü sammiti çərçivəsində təşkil olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR