Şəki rayon sakini həmkəndlisini döyüb

Şəki rayon sakini həmkəndlisini döyüb
# 09 iyun 2014 08:27 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda döyülmə faktı baş verib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1969-cu il təvəllüdlü, Şəki rayonu Aydınbulaq kənd sakini Cahangir Tağı oğlu Həsənov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, Cahangir Həsənov həmkəndlisi Orxan adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.

C. Həsənovun üzərində aparılan müayinə zamanı məlum olub ki, zərbənin gücündən onun qabırğası sınıb və dalağı partlayıb. C. Həsənovun üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində (ŞRPŞ) araşdırma aparılır. Şöbədən hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilib.

ŞRPŞ-dən verilən digər bir məlumata görə, ötən gün ərzində daha bir nəfər xəsarətlə xəstəxanaya daxil olub. Belə ki, rayonun Zunud kənd sakini, 1972-ci il təvəllüdlü Mahirə Abuzər qızı Abdullayeva boğulmuş vəziyyətdə xəstəxanaya yerləşdirilib. M. Abdullayeva yaşadığı evin həyətyanı sahəsini sulamaq uşun qonşusu Mirvari adlı qadınla mübahisə edib. Su üstündə yaranan münaqişə zəminində Mirvari M. Abdullayevaya hücum edərək onu boğmağa başlayıb. M. Abdullayevaya tibbi yardım göstərilib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR