Kənd təsərrüfatı naziri Ucarda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Ucarda vətəndaşlarla görüşəcək
# 13 yanvar 2014 15:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 24-də saat 11:00-da Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsində (Ucar şəhəri, Heydər Əliyev küçəsi,29) Ucar, Kürdəmir, Ağdaş, Zərdab və Göyçay rayonlarının sakinləri ilə görüşəcək.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsi (tel.: (020) 21-3-01-60, (055) 892-90-91) tərəfindən həyata keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR