Misirin Əl-Əzhər Universitetinin iki binası yandırılıb

Misirin Əl-Əzhər Universitetinin iki binası yandırılıb
# 28 dekabr 2013 13:03 (UTC +04:00)

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, islamçı tələbələr imtahan gedərkən biznes fakültəsinin binasında yanğın törədiblər. Kənd təsərrüfatı fakültəsinin binası da yandırılıb. Polislər hadisə yerinə gəldikdən sonra tələbələr onlara müqavimət göstərib. Nəticədə 1 tələb ölüb, 60 nəfər həbs olunub.

Qeyd edək ki, Əl-Əzhər Universiteti dünyanın ən qədim təhsil ocaqlarından biridir. Bu təhsil ocağı 988-ci ildə fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR