Paytaxtın Qaradağ rayonunda 100 mm-lik tank əleyhinə mərmilər aşkarlanıb

Paytaxtın Qaradağ rayonunda 100 mm-lik tank əleyhinə mərmilər aşkarlanıb
# 08 aprel 2014 20:21 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan ərazidə qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkar olunub. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 2 ədəd istifadə üçün yararlı 100 mm-lik tank əleyhinə mərmi olduğu müəyyən olunub. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən saat 21:12-də zərərsizləşdirilmək üçün poliqona aparılıb. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR