Bakıdan Böyük Britaniya şəhərlərinə aviabiletlər ucuzlaşıb

Bakıdan Böyük Britaniya şəhərlərinə aviabiletlər ucuzlaşıb
# 11 sentyabr 2013 07:59 (UTC +04:00)

Bakı - APA-Economics. «British Airways» aviaşirkəti «Visit Britain» adlı xüsusi kampaniya çərçivəsində bir sıra istiqamətlər üzrə aviabiletlərin qiymətini endirir. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, həmçinin, «Big British Invite» kampaniyası çərçivəsində aviaşirkət Londonun Harrods’s, Liberty və Westfield kimi mərkəzi küçələrində yerləşən brend butiklərində eksklyuziv endirimlər təklif edir. Butiklərdə endirimdən yararlanmaq üçün alıcılar «British Airways»ın hədiyyə kartını təqdim etməlidir.

Qeyd edək ki, hazırda Böyük Britaniyaya gələnlər əsasən London aviareysindən istifadə edir. Lakin son zamanlar Mançester, Qlazqo və Edinburq kimi şəhərlərə də uçan sərnişinlərin dinamikasında artım müşahidə olunur. Bu tələbatı ödəmək məqsədilə «British Airways» tarifləri çərçivəsində Mançester, Qlazqo, Edinburq, Aberdin, Lids və Cersi şəhərlərinə uçuşları London tarifinə əlavə olaraq endirimlə təklif edir.

Böyük Britaniyaya səyahət edənlər Azərbaycan bazarı üçün nəzərdə tutulmuş endirimli tariflərlə bu ölkəni ziyarət edə bilərlər. Aksiya sentyabr ayında minimal qiyməti 484 avro təşkil edən «World Traveler» sinfinə alınan aviabiletlərə şamil olunur. «British Airways»in London və digər şəhərlərə uçuş cədvəli ilə aviaşirkətin veb-səhifəsində (www.ba.com) tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR