Saatlıda bir ay əvvəl iki nəfərin ölümü ilə nəticələnən zəhərlənmənin baş verdiyi kənddə yenidən kütləvi zəhərlənmə olub - YENİLƏNİB

Saatlıda bir ay əvvəl iki nəfərin ölümü ilə nəticələnən zəhərlənmənin baş verdiyi kənddə yenidən kütləvi zəhərlənmə olub - <span style="color: red;">YENİLƏNİB
# 15 yanvar 2014 09:48 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Şirinbəy kəndinin sakinləri Elimnaz Səfərova, onun oğlanları Qurban, Namiq, qızları Səltənət, Həqiqət, nəvələri Vüsalə və Gülsüm evlərindən qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən ilin dekabrında da Saatlı rayonunun Şirinbəy kəndində bir ailənin 6 üzvü konservləşdirilmiş pomidor turşusundan zəhərlənmişdi. Onlardan 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda, 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı isə xəstəxanada dünyasını dəyişmişdi.

Ailənin digər üzvləri – ölən şəxslərin oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu və 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

***

saat 12.11

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda kütləvi zəhərlənmə olub.

Saatlı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şirinbəy kəndində qeydə alınıb.

Kənd sakinləri Elimnaz Səfərova, oğlanları Qurban, Namiq, qızları Səltənət, Həqiqət, nəvələri Vüsalə və Gülsüm evlərindən qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR