Milli Məclisin sədri MDB Parlament Assambleyasının müşahidəçilər qrupunu qəbul edib

Milli Məclisin sədri MDB  Parlament Assambleyasının müşahidəçilər qrupunu qəbul edib
# 10 sentyabr 2013 15:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov MDB Parlament Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Dövlət Dumasının deputatı Leonid Slutskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, parlamentin sədri oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün görülən işlərdən, beynəlxalq müşahidəçilərin prosesi izləməsi üçün yaradılan şəraitdən, bu sahədə qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Spiker ölkənin mühüm siyasi kampaniya ərəfəsində olduğuna diqqət çəkərək MDB Parlament Assambleyasının bu prosesi izləmək üçün müşahidəçilər qrupunu Azərbaycana göndərməsini yüksək qiymətləndirib.

L. Slutski isə ölkədə olduqları müddətdə Azərbaycanın bir sıra bölgələrində - Gəncədə, Samuxda, Şəmkirdə, Lerikdə, Astarada, Lənkəranda prezident seçkilərinə hazırlıq işləri ilə maraqlandıqlarını söyləyib. O bildirib ki, avqustun əvvəlindən sentyabrın 9-dək qrup üzvlərinin apardığı müşahidələr əsasında iki sənəd hazırlanıb. Bu sənədlərdən birində seçki prosesi ilə bağlı onların ilkin rəyi, digərində isə ölkənin seçki qanunvericiliyinin Avropa standartlarına uyğunluğu barədə fikirlər öz əksini tapıb. Qeyd edilib ki, seçkiləri müşahidə edəcək missiyanın tərkibi artıq tam formalaşıb və 9 oktyabr seçkilərini missiya üzvləri müxtəlif dairə və məntəqələrdə izləyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR