Dow Jones indeksi 0,2%, S&P 500 0,1% enib, Nasdaq 0,02% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% enib, Nasdaq 0,02% yüksəlib
# 05 dekabr 2013 06:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 890 bəndədək enib, S&P 500 0,1% - 1 793 bəndədək, Nasdaq 0,02% - 4 037 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən makroiqtisadi göstəricilər təsir edib. Belə ki, noyabr ayında iqtisadiyyatın özəl sektorunda iş yerlərinin sayı 215 min artıb, bu da proqnoz göstəricidən (173 min) artıq olub. Eyni zamanda xidmətlər sektorunda işgüzar fəallığı indeksi noyabrda 1,5 faiz bəndi azalaraq 53,9%-ə enib. Nəhayət, Federal Ehtiyat Sisteminin hesabatında deyilir ki, ölkənin 12 iqtisadi dairəsində oktyabr-noyabr aylarında iqtisadi artım müşahidə olunub.

Avropa fond bazarlarında dekabrın 4-də FTSE 100 indeksi 0,3% - 6 510 bəndədək, Almaniya DAX-ı 0,9% - 9 141 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 149 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 238,70 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3602 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR