Ərdoğan: Suriya vertolyotu hərbi gücdən istifadə qaydalarına uyğun olaraq vurulub

Ərdoğan: Suriya vertolyotu hərbi gücdən istifadə qaydalarına uyğun olaraq vurulub
# 17 sentyabr 2013 21:56 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoqan Suriya vertolyotunun vurulması ilə nəticələnən insidenti şərh edərkən bəyan edib ki, Türkiyə Hərbi-Hava Qüvvələri hərbi gücdən istifadə qaydalarına uyğun olaraq vurulub. APA-nın Hurriyet qəzetinə istinadən verdiyi xəbərə görə, Ərdoğan qeyd edib ki, Suriya vertolyotu Türkiyənin hava məkanına 2 km daxil olub və çoxsaylı xəbərdarlıqlara məhəl qoymayaraq uçuşu tutduğu istiqamət üzrə davam edib.

“Xəbərdarlıqlara məhəl qoyulmayıb və Türkiyə Hərbi-Hava Qüvvələri hərbi gücdən istifadə qaydalarına uyğun olan addımı atıb”, deyə qəzet baş nazirin sözlərini sitat gətirib.

Qeyd edək ki, Suriya ordusunun komandanlığı sentyabrın 16-da bəyan edib ki, Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmuş vertolyot kəşfiyyat əməliyyatı həyata keçirərkən Türkiyənin hava məkanını təsadüfən pozub. Türk mətbuatı vertolyotun Türkiyə sərhədindən 400 metr aralıda düşdüyünü qeyd edib.

KİV-lərin məlumatına görə, pilotlar vertolyotdan katapültə edilə biliblər, lakin hadisə yerinə gələn suriyalı müxalifətçilər tərəfindən öldürülübblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR