Bakıda mənzildə köməksiz qalmış uşaq xilas edilib

Bakıda mənzildə köməksiz qalmış uşaq xilas edilib
# 24 sentyabr 2013 23:41 (UTC +04:00)

Bakı-APA. Bakıda köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmiş giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək daxil olub. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR