Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
# 07 noyabr 2013 08:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanada Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan, 1982-ci il təvəllüdlü Azər Bayraməli oğlu Fərzəliyevin zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içində gizlətdiyi 1(bir) ədəd şəffaf sellofan bükülüdə 0.805 qram narkotik vasitə “tiryək”, 4 (dörd) ədəd kapsula və 19 (on doqquz) ədəd həb şəklində “tramadol” dərman preparatı aşkar olunaraq götürülüb.


Fakt üzrə araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR