Bakıda 28 yaşlı gənci öldürənin qadın olduğu məlum olub - VİDEO

Bakıda 28 yaşlı gənci öldürənin qadın olduğu məlum olub - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2013 07:23 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 28 yaşlı Elçin Allahverdiyevin 1979-cu il təvəllüdlü Mədinə Mürsəliyeva tərəfindən qətlə yetirildiyi bəlli olub və qadın saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Şövkət Məmmədova küçəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü, Fizuli rayonundan olan məcburi köçkün Elçin Teyyub oğlu Allahverdiyev naməlum şəxs tərəfindən bıçaqlanıb. E. Allahverdiyev ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR