“Azərsu” Goranboyun Tapqaraqoyunlu kəndinin 2400 sakinini 24 saat fasiləsiz içməli su ilə təmin edib - FOTO

“Azərsu” Goranboyun Tapqaraqoyunlu kəndinin 2400 sakinini 24 saat fasiləsiz içməli su ilə təmin edib - <span style="color: red;">FOTO
# 16 sentyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” ASC rayon mərkəzləri və onlara yaxın kəndlərlə yanaşı cəbhə bölgəsində yerləşən, eləcə də sudan daha çox əziyyət çəkən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirir.

“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq cəbhə xəttindən bir neçə yüz metr məsafədə yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin içməli su probleminin birdəfəlik həlli məqsədilə həyata keçirilən layihənin icrası uğurla başa çatdırılıb. Yeni infrastrukturun istismara verilməsi ilə əlaqədar tədbir keçirilib.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin su təchizatı sisteminin yaradılması layihəsinə əsasən, istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi kimi kəndin yaxınlığından keçən Ballıqaya-Goranboy magistral su xətti seçilib. Buradan Tapqaraqoyunlu kəndinə 14 km uzunluğunda magistral su xətti çəkilib. Kənd əhalisini fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədilə hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilib, müxtəlif diametrli borularla 35,6 km uzunluğunda paylayıcı şəbəkə yaradılıb və 800 ünvana birləşmə verilib. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunub.

Qeyd edək ki, indiyə qədər yerli əhali içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılmış arxın suyundan və bir ədəd artezian quyusundan daşınma yolu ilə istifadə edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR