Azərbaycan prezidentinə təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan prezidentinə təbrik məktubları gəlməkdə davam edir
# 21 oktyabr 2013 15:02 (UTC +04:00)

Bakı - APA. Hindistan prezidenti Pranab Mukherci Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edən P. Mukherci bunun xalqın onun siyasətinə və rəhbərliyinə inamının göstəricisi olduğunu bildirib.

O, ölkələr arasında əlaqələri gücləndirmək, ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov, Fransanın Ron-Alp regionunun Drom vilayətinin senatoru, Ron-Alp regionunun turizm bölməsinin prezidenti, Drom vilayətinin enerji məsələləri üzrə birliyinin prezidenti Senator Jan Besson, Avropa Parlamentinin deputatı, Paris şəhərinin 7-ci rayonunun meri, sabiq nazir Rəşidə Dati, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kraven, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Moskva Dövlət Linqvistika Universitetinin rektoru İrina Xaleyeva, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam, Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Andrey Kondakov, Serbiyanın müftisi Muhamed Yusufspahiç də Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR