Bostonda baş verən yanğın nəticəsində 2 yanğınsöndürən ölüb, 18 nəfər xəsarət alıb

Bostonda baş verən yanğın nəticəsində 2 yanğınsöndürən ölüb, 18 nəfər xəsarət alıb
# 27 mart 2014 00:54 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaşayış binasının aşağı mərtəbəsində başlayan yanğın dərhal yuxarı mərtəbələrə keçib.

“Boston Globe”-un məlumatına əsasən, binaya yaxın küçələr bağlanıb, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlməkdədir. Yanğının söndürülməsi davam edir. Hadisə yerinə 9 yanğınsöndürən briqadası cəlb edilib. Şəhərdə əsən güclü külək yanğının söndürülməsinə mane olur.

Bu, həftə ərzində ABŞ-da baş verən ikinci iri yanğın hadisəsidir. Martın 22-də Nyu-Cersidə, mehmanxanada yanğın nəticəsində 3 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR