Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin məhkəməsi təxirə salınıb

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin məhkəməsi təxirə salınıb
# 08 yanvar 2014 19:51 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, məhkəmə iclasının keçirilməsinə hava şəraiti mane olub.

Məhəmməd Mursinin İskəndəriyyə həbsxanasından Qahirəyə helikopterlə gətirilməsi nəzərdə tutulub. Misirin Daxili işlər naziri Məhəmməd İbrahimin bildirdiyinə görə, buna isə uçuş üçün əlverişli olmayan hava şəraiti imkan verməyib.

Lakin Mursinin tərəfdarları rəsmi bəyanatları təkzib edərək hava şəraitinin qənaətbəxş olduğunu bildiriblər.

Xatırladaq ki, Məhəmməd Mursi 2012-ci il dekabrın 12-də prezident sarayının qarşısında etirazçıların öldürülməsinə təhrik etməkdə ittiham olunur.

Hakimiyyətinə qarşı etirazlardan sonra Mursi ötən ilin iyul ayında ordu tərəfindən devrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR