Sabah Bakıda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayacaq

Sabah Bakıda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayacaq
# 17 sentyabr 2013 10:05 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Bakıda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumatına görə, musiqi bayramı ilə əlaqədar sentyabrın 18-də Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin və görkəmli şəxslərin məzarları, Milli İncəsənət Muzeyinin bağında "Güllələnmiş heykəllər" abidəsi ziyarət ediləcək.

Musiqi günündə Bakı Musiqi Akademiyasının qarşısında Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin çıxışı da tədbirlər planına daxildir. Nazirlikdən bildiriblər ki, Üzeyir Hacıbəylinin ev muzeyində "Buta" kamera xoru, incəsənət ustaları və musiqiçilərin iştirakı ilə tədbirin keçirilməsi də nəzərdə tutulub. Beynəlxalq Musiqi Festivalı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə açıq elan olunacaq. Musiqili komediyanın dirijoru Cavanşir Cəfərov, solistlər Fərid Əliyev, Afaq Abbasova, Şahlar Quliyev, Fidan Hacıyeva, Gülyaz Məmmədova, Ələkbər Əliyev və Telman Əliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR