Azərbaycanda aylıq nominal əmək haqqının daha yüksək olduğu sahələr açıqlanıb

Azərbaycanda aylıq nominal əmək haqqının daha yüksək olduğu sahələr açıqlanıb
# 15 aprel 2014 08:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 494,1 min nəfər olub və onlardan 898,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 596 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 22,7%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,5%-i tikintidə, 5,0%-i nəqliyyat və anbar təsərrüfatında, 3,7%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,5%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 426,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR