“Azərsu”nun zəng mərkəzinin fəaliyyətində fasilə yaranacaq

“Azərsu”nun zəng mərkəzinin fəaliyyətində fasilə yaranacaq
# 16 may 2014 14:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsu” ASC-nin 955 prefiksli zəng mərkəzinin fəaliyyətində fasilə yaranacaq.

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, rabitə şəbəkəsi sistemlərində aparılan profilaktik tədbirlərlə əlaqədar bu gün saat 22:00-dan etibarən 4 saat müddətində zəng mərkəzinin fəaliyyəti məhdudlaşdırılır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR