Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, 2013-cü il sentyabr ayının 23-dən 24-nə keçən gecə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində Bakı şəhərində güclü yağış yağıb, şimşək çaxıb.
Bakı şəhərində yerləşən hidrometeoroloji stansiyaların məlumatına əsasən 4 saat ərzində düşən yağışın miqdarı 30-33 mm təşkil edib ki, bu da aylıq normanın 174-192 faizidir.
Çoxillik meteoroloji məlumatlara əsasən, Bakı şəhərində sentyabr ayı üçün yağıntının sutkalıq rekord göstəricisi 1980-ci ildə qeydə alınıb və 12 saat ərzində düşən yağışın miqdarı 46 mm olub.