«Bank Respublika» müştərilərə müqayisəvi kredit kalkulyatorunu təqdim edib

«Bank Respublika» müştərilərə müqayisəvi kredit kalkulyatorunu təqdim edib
# 24 yanvar 2014 12:46 (UTC +04:00)

Bakı - APA-Economics. İndi hansı bankdan kredit almaq haqqında qərar verməzdən öncə müştərini maraqlandıran bütün təklifləri «Bank Respublika»nın saytında müqayisə edib, ən faydalı kredit məhsulu barəsində məlumat almaq olar.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni «Müqayisəvi kredit kalkulyatoru» əsas kredit parametrləri üzrə 4 növ kredit məhsulunu müqayisə etməyə (məbləğ, faiz dərəcəsi, komissiya, müddət və s.) imkan verir. İstifadəçi seçdiyi kreditlərin hər biri üzrə yekun xərcləri, aylıq ödənişi, faktiki faiz dərəcəsi barəsində məlumat ala bilər.

Kredit məhsulu üzrə qərar verməzdən öncə «Bank Respublika» istehlakçılara faktiki faiz dərəcəsini mövcud olan digər təkliflərlə müqayisə etmələrini və kredit şərtləri ilə ətraflı tanış olmalarını tövsiyə edir.

Yeni xidmətlə bu linklə ətraflı tanış olmaq olar: www.bankrespublika.az/az/individual-clients/fifdcompare/.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR