Göyçayda evdə yanğın olub - VİDEO

Göyçayda evdə yanğın olub - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 11:55 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda ev yanıb. Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində Göyçay şəhərinin Hüseyn Cavid küçəsindəki 21 saylı mənzildə qeydə alınıb. Səfər Namazova məxsus ümumi sahəsi 300 kvadratmetr olan iki mərtəbəli 4 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 134 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanıb, qalan hissəsi yanğından xilas edilib. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı evdə heç kim olmadığı üçün xəsarət alan da olmayıb. İlkin ehtimala görə yanğına elektrik naqilində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR