FHN-in Azərbaycanın 48 vətəndaşını Misirdən təxliyə edən xüsusi təyyarəsi Bakıya dönüb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

FHN-in Azərbaycanın 48 vətəndaşını Misirdən təxliyə edən xüsusi təyyarəsi Bakıya dönüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 avqust 2013 11:57 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyə edilməsi üçün göndərdiyi xüsusi təyyarə Bakıya qayıdıb.

APA-nın xəbərinə görə, təyyarə bu gün günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, təyyarə ilə 48 Azərbaycan vətəndaşı gətirilib: “Biz 80 nəfəri gətirməyi planlaşdırırdıq. Lakin bəziləri gəlmək istəmədi. Misirdə qalan Azərbaycan vətəndaşları əsasən oranın vətəndaşları ilə nikahda olanlardır. Onlar orada qalmağa üstünlük verdilər”.

Misirdəki durum barədə danışan R. Bağırov komendant saatının tətbiq edildiyini, vəziyyətin ağır olduğunu bildirib: “Bununla belə, səfirlik işini davam etdirəcək. Hazırda səfir və daha bir diplomat Qahirədə işləyir”.

Təyyarədə olan vətəndaşlar isə jurnalistlərə bildiriblər ki, ölkədə vəziyyət 2011-ci ildən də ağır xarakter alıb. Onların sözlərinə görə, o vaxt iğtişaşlar müəyyən yerlərdə baş verirdisə, indi istənilən yer təhlükəlidir.

Misirdən təxliyə olunanlar qayğıya və görülən təhlükəsizlik tədbirlərinə görə prezidentə təşəkkürlərini bildiriblər.

***

saat 14.25

FHN-in Azərbaycan vətəndaşlarının Misirdən təcili təxliyə edən xüsusi təyyarəsi Bakıya gəlib

Bakı. Şamil Əlibəyli - APA. Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyə edilməsi üçün göndərdiyi xüsusi təyyarə Bakıya qayıdıb.

APA-nın xəbərinə görə, təyyarə bu gün günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Qeyd edək ki, Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib.

Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, dünən Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR