Ankarada TÜRKSOY-un 20 illik yubileyinə həsr edilən konsert olub

Ankarada TÜRKSOY-un 20 illik yubileyinə həsr edilən konsert olub
# 02 oktyabr 2013 11:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Dünən Ankarada Prezident Simfonik Orkestrinin konsert zalında TÜRKSOY-un yaradılmasının 20 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində türk xalqlarının musiqilərinin iştirakı ilə konsert olub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nazirlikdən bildiriblər ki, hazırda Türkiyə prezidenti Abdullah Gül ilə TÜRKSOY üzv dövlətlərinin mədəniyyət nazirləri və nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilir.

Görüşdən sonra TÜRKSOY-un Baş qərargahında təşkilatın 20 illik fəaliyyətinə həsr olunan bədii sərginin açılış mərasimi keçiriləcək. Günün ikinci yarısında isə TÜRKSOY Daimi Şurasının 31-ci iclası baş tutacaq. İclasda TÜRKSOY-un tədbirlərində fəal iştirak edən, ümumtürk mədəniyyətinə xidmət göstərən dövlət, mədəniyyət, incəsənət və mətbuat nümayəndələrinə TÜRKSOY-un quruluşunun 20 illiyi münasibətilə təsis edilmiş xüsusi yubiley medallarının təqdim olunma mərasimi təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR