Azərbaycan bu il 30 min ton gübrə alacaq

Azərbaycan bu il 30 min ton gübrə alacaq
# 24 sentyabr 2013 11:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda ilbəil gübrəyə tələbat artdığından, bu il xaricdən 30 min ton gübrə alınması planlaşdırılır. Bunu “APA-Economics”ə “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Əli Bayramov açıqlayıb.

O bildirib ki, gübrənin çox hissəsi alınıb, qalan hissəsi isə ilin sonuna qədər gətiriləcək: “Bitkilərin inkişafını gübrələrsiz təsəvvür etmək olmur. Torpağın qidaya ehtiyacı var. Bu məqsədlə biz mineral gübrələri əsasən Rusiya və Qazaxıstandan alırıq. Qarışıq tərkibli gübrələr isə İsrail, Belçika, İsveçdən gətirilir”.

İlin əvvəlində satış tendensiyasından asılı olaraq ASC tələbat artacağı təqdirdə, gələn ilin yaz aylarında yeni tender elan edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR