Gəncədə 78 nəfər “Vergi dostu" seçilib - FOTO

Gəncədə 78 nəfər “Vergi dostu" seçilib - <span style="color: red;">FOTO
# 30 oktyabr 2013 13:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gəncə şəhərində 78 nəfər “vergi dostu" seçilib.

Vergilər Nazirliyinin Analitik informasiya mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu gün Gəncədə vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının ümumtəhsil məktəblərinin müəllimlərinə “Vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə ictimaiyyətin daha aktiv üzvü olan müəllimlərdən ibarət “Vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat verib. O, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə də danışıb. Qeyd olunub ki, indiyədək respublika üzrə 1252 nəfər müəllimə müvafiq təlim keçilib və “Vergi dostu” sertifikatı təqdim olunub.

Qeyd edək ki, “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Sonra təlimi müvəffəqiyyətlə başa vurmuş 78 nəfər “Vergi dostu”na üzvlük sertifikatı, “Vergi dostu”nun yaddaş kitabçası və kompüterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar. Beləliklə, respublika üzrə “Vergi dost”larının ümumi sayı 1330 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR