Ukrayna müxalifəti etirazçıların nazirlik binalarını ələ keçirməsini təxribat adlandırıb

Ukrayna müxalifəti etirazçıların nazirlik binalarını ələ keçirməsini təxribat adlandırıb
# 27 yanvar 2014 14:21 (UTC +04:00)

Bakı – APA. Ukraynada etirazçılar tərəfindən nazirlik binalarının ələ keçirilməsi təxribatdır.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Maydan komendantlarından biri, “Batkivşina” parlament fraksiyasının üzvü Stepan Kubov Milli Müqavimət Qərargahında keçirilən brifinqdə deyib.

O qeyd edib ki, müxalifət strateji dövlət obyektlərinin ələ keçirilməsinə qarşı çıxış edir.

“Ukrayna vətəndaşı kimi, deputat kimi başa düşmürəm ki, mühafizəsi olmayan Ədliyyə Nazirliyinin binasını 50 nəfər necə zəbt edə bilər? 10-15 dəqiqədən sonra isə ədliyyə naziri fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı Milli Təhlükəsizlik Şurasına müraciət edəcəyini deyir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR