Fazil Mustafa AŞPA-da "Cənubi Qafqazda hüquq müdafiəçilərinə təzyiqlər" adlı hesabata münasibət bildirib

Fazil Mustafa AŞPA-da "Cənubi Qafqazda hüquq müdafiəçilərinə təzyiqlər" adlı hesabata münasibət bildirib
# 28 yanvar 2014 11:24 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının sessiyasının ikinci günündə qurumun İnsan haqları və Hüquq məsələləri üzrə komitəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa estoniyalı parlamentar, xanım Repsin “Cənubi Qafqaz ölkələrində hüquq müdafiəçilərinə qarşı təzyiqlər” adlı hesabatı ətrafında gedən müzakirədə çıxış edib. APA-nın Avropa müxbirinin xəbərinə görə, F. Mustafa Azərbaycanda da belə bir problemin olduğunu qeyd edib və qanunvericilikdə bu məsələnin həllinin vacibliyini vurğulayıb.

Eyni zamanda, azərbaycanlı millət vəkili bildirib ki, bütün hallarda bəzi məruzəçilərin təbliğat məqsədilə Ermənistanda və Gürcüstanda hər şeyin ideal olduğu, Azərbaycanda və Türkiyədə isə vəziyyətin fəlakətli olduğunu söyləməsi birbaşa Avropa məkanında bu ölkələrə qarşı mənfi rəy yaratmaq istəyindən irəli gəlir. F. Mustafa sonda səmimi hüquq müdafiəçilərinin həqiqətən də dəstəklənməsinin vacib olduğunu və bununla da demokratik azadlıqların məhdudlaşdırılmasının qarşısının alınmasının mümkünlüyünü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR