İspaniyada referendum tələbi ilə minlərlə insan kütləvi mitinqlərə qatılıb

İspaniyada referendum tələbi ilə minlərlə insan kütləvi mitinqlərə qatılıb
# 03 iyun 2014 01:22 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ən izdihamlı nümayişlər Madrid və Barselonada baş tutub.

Artıq üç siyasi partiya etirazçıların tələbinə qoşulub. Referendum tələbi ilə mitinqlər tək İspaniyada deyil, Avropa və Latın Amerikasının 30 şəhərində baş tutub.

Qeyd edək ki, İspaniyanın kralı Xuan Karlos taxt-tacdan imtina etdikdən sonra, yeni kral onun oğlu vəliəhd şahzadə Felipe olmalıdı. 76 yaşlı Xuan Birinci Karlos de Burbon 1975-ci ildən İspaniya monarxı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR