Sergey Lavrov Tehrana səfər edəcək

Sergey Lavrov Tehrana səfər edəcək
# 10 dekabr 2013 03:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün axşam saatlarında İrana səfər edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məqsəd ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Lavrov rəsmi görüşlərini dekabrın 11-də həyata keçirəcək. Görüşlərdə İranla “altılıq” ölkələri arasındakı nüvə razılaşması, Suriya böhranı və onun həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransın əsas müzakirə mövzusü olacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR