Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edəcək
# 30 sentyabr 2013 10:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı naziri İsmət Abasov Bərdə rayonunda vətəndaşlarla görüşəcək.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, kənd təsərrüfatı naziri İ.Abasov oktyabrın 4-də saat 11:00-da Bərdə rayonunda Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, İmişli, Fizuli, Laçın və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.

Qeyd edək ki, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Bərdə rayonuna gəlmələrinin təşkili Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək. Qəbulda iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər: (050) 616-00-09, [email protected].

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR