Heydər Əliyev Sarayında Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə konsert keçirilib - FOTO

Heydər Əliyev Sarayında Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə konsert keçirilib - <span style="color: red;">FOTO
# 27 may 2013 06:47 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş böyük konsert proqramı keçirilib.

APA-nın məlumatına görə, bayram konsertində “Asiman” rəqs kollektivinin ifasında milli və müasir rəqslər, Şaolin və Bədii Gimnastika Federasiyalarını təmsil edən idmançı uşaqların rəngarəng çıxışları, illüziya şousu təqdim olunub.

Konsertdə Azərbaycanın “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov və “Eurovision- 2013” müsabiqəsində ikinci yer qazanan Fərid Məmmədovun çıxışları alqışlarla qarşılanıb.

Qeyd edək ki, bayram konsertində kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar təmənnasız iştirak ediblər.

Konsertin informasiya dəstəyi APA-ya məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR