AZAL Rusiyaya yeni birbaşa aviareys açır

AZAL Rusiyaya yeni birbaşa aviareys açır
# 01 aprel 2014 10:23 (UTC +04:00)

Perm hava limanından «APA-Economics»ə verilən məlumata görə, AZAL may ayında etibarən Bakıdan Permə birbaşa aviareys açmaq niyyətindədir. AZAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli məlumatı təsdiqləyib.

Bakı-Perm aviareysi üzrə ilk uçuş mayın 20-də gerçəkləşdiriləcək. Bakı və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - II və V günlər yerinə yetiriləcək. Aviareysləri «Airbus A319» və «A320» təyyarələri həyata keçirəcək.

Xatırladaq ki, bundan əvvəl Perm-Bakı marşrutu üzrə uçuşları «İjavia» aviaşirkəti yerinə yetirirdi. Lakin 2013-cü ilin may ayında şirkət uçuşları dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR