BŞTİ paytaxt müəllimləri üçün keçiriləcək sınaq qiymətləndirmənin attestasiyadan fərqini açıqlayıb

BŞTİ paytaxt müəllimləri üçün keçiriləcək sınaq qiymətləndirmənin attestasiyadan fərqini açıqlayıb
# 15 may 2014 14:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt müəllimləri üçün keçiriləcək sınaq qiymətləndirmənin attestasiyadan fərqini açıqlayıb.

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə sınaq xarakter daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.

Qeyd olunub ki, effektiv və harmonik təhsil mühitinin yaradılması təhsilalanlara əldə etdikləri biliklərin tətbiq etməsi üçün çox vacibdir. Bu mühitin yaradılması dünya təcrübəsində də istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və bacarıqlarının vaxtaşırı monitorinqindən keçir. Ən əsası isə attestasiyadan aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılır, Sınaq Qiymətləndirmədə isə belə hal mövcud deyil.

Sınaq Qiymətləndirmə müəllimlərin peşəkar inkişaf istiqamətlərini, onların karyera inkişafını müəyyənləşdirir, nəticəyönümlü əməkhaqqı sistemini stimullaşdırır, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaradır. Bu proses eyni zamanda təhsilverənlərin attestasiyasına hazırlıq xarakteri daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR