İran və “altılıq” ölkələrinin ekspertləri oktyabrın 30-31-də Vyanada görüşəcəklər

İran və “altılıq” ölkələrinin ekspertləri oktyabrın 30-31-də Vyanada görüşəcəklər
# 25 oktyabr 2013 11:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələrinin yeri və tarixi məlum olub. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı bildirib ki, tərəflər oktyabrın 30-31-də Vyanada bir araya gələcəklər: “Nümayəndə heyətinə İran XİN-in siyasət şöbəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək. İran nümayəndə heyətində 7 nəfər təmsil olunacaq. Heyətdə bank, ticarət, nəqliyyat və neft sektorunda işləyən mütəxəssislər də var”.

Əraqçının sözlərinə görə, bundan əvvəl oktyabrın 28-29-da Vyanada İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında danışıqlar keçiriləcək: “Müzakirələrdən əvvəl agentliyin icraçı direktoru Yukiya Amano ilə görüşüm olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR