Baş Dövlət Yol Polisi İdarəsinin binasında özünü polis kimi təqdim edən şəxs tutulub

Baş Dövlət Yol Polisi İdarəsinin binasında özünü polis kimi təqdim edən şəxs tutulub
# 18 sentyabr 2013 12:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda polis geyimində olan şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 17-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında, yol polisinin baş serjantı geyimində olan naməlum şəxs özünü şübhəli apardığından komendant xidmətinin əməkdaşları ondan xidməti vəsiqəsini təqdim etməyi xahiş ediblər. Bu zaman qaçmağa cəhd göstərən həmin şəxs saxlanılıb .

Onun Bakı şəhər sakini Əfsun Rəcəbov olması müəyyən edilib. Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR