Azərbaycanda yeni serial çəkilir

Azərbaycanda yeni serial çəkilir
# 31 oktyabr 2013 11:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “Qisas” adlı yeni serialın çəkilişlərinə start verilib.

APA-nın məlumatına görə, serialın rejissoru Asif Abramov, quruluşçu operatoru Yusif Şəfiyevdir.

Baş rolları Cavanşir Hadıyev, Vəfa Babayeva, Corc Qafarov oynayacaqlar. Digər rollarda isə Akademik Milli Dram və Gənc Tamaşaçılar teatrlarının aktyorları Qurban İsmayılov, Zemfira Əbdülsəmədova, Sərdar İsgəndərov, İlyas Əhmədov və başqaları çəkililər.

“Qisas” yazıçı-hüquqşünas Tahir Kazımovun eyniadlı romanı əsasında çəkilir. 60-cı illərdə yazılan əsərin motivləri əsasında çəkiləcək serial 30 seriyadan ibarət olacaq. Rejissor bildirib ki, serial dekabrdan etibarən ekranlarda nümayiş olunacaq.

Qeyd edək ki, “Qisas”da bir qətl cinayəti ətrafında aparılan əməliyyat-istintaq tədbirləri zamanı aşkar edilən bir qrup insanın pozğun həyat tərzi, qisasçılıqları, acınacaqlı aqibəti və məhəbbət macəraları təsvir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR