Ukraynada müxalifət lideri deputat mandatından imtina edib

Ukraynada müxalifət lideri deputat mandatından imtina edib
# 17 yanvar 2014 11:31 (UTC +04:00)

Bakı – APA. Ukrayna müxalifətinin liderlərindən biri, sabiq müdafiə naziri Anatoli Qritsenko deputat mandatından imtina edib.

APA – nın məlumatına görə, bu barədə A.Qritsenko öz “Facebook” səhifəsində yazıb.

“Mən Şimali Koreyanın deyil, Ukrayna parlamentinə deputat seçilmişəm. Qəbul etdiyi qərarlarla 45 milyon vətəndaşın hüquqlarını pozan Ali Radada işləyə bilmərəm. Bu, həyat prinsiplərimə ziddir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR