Azərbaycanda ötən il qeyri-leqal dövriyyədən 619 kiloqram narkotik vasitə çıxarılıb

Azərbaycanda ötən il qeyri-leqal dövriyyədən 619 kiloqram narkotik vasitə çıxarılıb
# 28 yanvar 2014 14:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

R. Usubov qeyd edib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olub.

Narkotiklərlə əlaqədar 2577 cinayət, o cümlədən satışı ilə bağlı 677 fakt aşkarlanıb, 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən 619 kq narkotik vasitə çıxarılıb, 65,1 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Həmçinin, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə - ümumi çəkisi 302 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

R. Usubov həmçinin insan alveri qurbanlarından da danışıb. Qeyd edib ki, İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 80 cinayət faktı müəyyənləşdirilərək 17 nəfər məsuliyyətə cəlb edilib, habelə bu əməllərin qurbanı olmuş 50 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR