Magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı uzadılıb

Magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı uzadılıb
# 03 iyun 2014 12:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı 4 iyun saat 23:59-dək uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu il magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər.


Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR