İran nüvə probleminin həlli ilə bağlı plan hazırlayır

İran nüvə probleminin həlli ilə bağlı plan hazırlayır
# 27 sentyabr 2013 18:30 (UTC +04:00)

Bakı-APA. İran tərəfi nüvə probleminin həlli ilə bağlı öz planını təqdim edəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Nyu-Yorkda keçirilən brifinqdə İran prezidenti Həsən Ruhani bəyan edib. Onun sözlərinə görə, plan oktyabrda Cenevrədə “altılıq” ölkələrinin nümayəndələri ilə görüşdə təqdim olunacaq.

“Biz bu planı hazırlayıb Cenevrədə təqdim edəcəyik. Ümid edirik ki, Cenevrədə nüvə probleminin həlli üçün effektiv addımlar atılacaq”, - deyə Ruhani vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR