İranın Yəməndəki səfirliyinin əməkdaşı qətlə yetirilib

İranın Yəməndəki səfirliyinin əməkdaşı qətlə yetirilib
# 19 yanvar 2014 00:29 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Yəməndəki səfirliyinin əməkdaşı qətlə yetirilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran xarici işlər nazirinin Şimali Afrika və ərəb ölkələri üzrə müavini Hüseyin Əmir Abdullahiyan bildirib ki, Əbülqasım Əsədi yanvarın 18-də günorta saatlarında Yəmənin paytaxtı Səna şəhərində bir qrup silahlı şəxsin hücumuna məruz qalıb: “Onlar 57 yaşlı iranlı diplomatı qaçırmaq niyyətində olublar. Ancaq Ə.Əsədi silahlı şəxslərə müqavimət göstərib və bu zaman onlar iranlı diplomatı güllələyiblər. Sinəsindən güllə yarası alan və ağır xəsarət alan Ə.Əsədi Səna şəhərinin xəstəxanalarından birinə qaldırılıb. Təəssüflər olsun ki, həkimlərin üç saatlıq cəhdlərinə baxmayaraq iranlı diplomat əməliyyat zamanı dünyasını dəyişib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR