İranda baş verən zəlzələlər dağıntı və tələfata səbəb olub

İranda baş verən zəlzələlər dağıntı və tələfata səbəb olub
# 02 yanvar 2014 12:34 (UTC +04:00)

Bakı - APA. Bu gün İranda baş verən ardıcıl zəlzələlər nəticəsində 1 nəfər ölüb, onlarla insan yaralanıb.

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, 5,5 bal gücündə ilk zəlzələ saat 6:44 radələrində Fars əyalətindəki Heraş şəhərindən 64 km cənub-şərqdə, 10 km dərinlikdə baş verib.

Daha sonra 3,8 baldan 4,3 bala qədər bir neçə afterşok qeydə alınıb. 16 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasedicilər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR